...

Şəkidə etiraz aksiyası polis tərəfindən yatırıldı

Hadisə Materials 15 Sentyabr 2007 23:57 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend müxbir E. Quliyev/ Dünəndən etibarən Şəkidə hündürmərtəbəli binanin tikintisinə etiraz edən sakinlərin aksiyasi polisin müdaxiləsindən sonra dağıdıldı.

Yerli sakinlerin cümə günü saat 11:00-dan başlanmış etiraz aksiyasi qısa fasilələrlə davam etməkle bu gün təqribən saat 15:00-da dağıdıldı.Sakinlərin dediyinə görə Şəki-Ipək ASC-nin verdiyi cüzi pulla başqa yerdə ev almaq mümkün deyil və onların bu evlərdən çıxmaq fikirləri yoxdur.

Şəki şəhər Icra Hakimiyyətinden məsəle ilə bağlı acıqlama verilməsine etiraz edilsə de, yalnız onu dediler ki, aparılan tikinti Şəki-Ipək ASC-yə məxsusdur və qanuni olaraq 3 məhkəmə instansiyasının - Şəki şəhər məhkəməsi, Iqtisad məhkəməsi ve Apellasiya məhkəməsinin  qərarı ilə aparılır.

Məsələ ilə bağlı Şəki Ipək-ASC-dən də münasibət bildirməkdən imtina etdiler.

Şəki Azərbaycanın şimal-qərbində, paytaxt Bakıdan 320 km məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti