...

Ələt qəsəbəsində üç nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib

Hadisə Materials 17 Sentyabr 2007 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Hacıqabul rayonunun Ələt qəsəbəsində üç nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Bazar ertəsi Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Tovuz rayon sakini Vaqif Bayramovun idarə etdiyi "Ford" markalı mikroavtobusla Bakı şəhər sakini Vaqif Abdullayevin idarə etdiyi "VAZ-2103" markalı avtomaşın toqquşub. Nəticədə Abdullayev və sərnişinlərindən, həmyerlisi Məlahət Abdullayeva və Sabirabad rayon sakini Zakir Əsədov hadisə yerində ölüb, xəsarət almış Bakı şəhər sakinləri Bəsdi Məmmədova və Zaur Abdullayev isə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti