...

Ağstafada intihar hadisəsi baş verib

Hadisə Materials 2 Oktyabr 2007 18:44 (UTC +04:00)

Azərbaycan, Qazax / Trend , müxbir N.Fətullayeva/ Ağstafa rayonunda intihar hadisəsi baş verib. Ağstafa rayon Polis Şöbəsinin rəisi Rasim Əliyev çərşənbə axşamı bildirib ki, oktyabrın 2-nə keçən gecə rayonun Qarahəsənli kənd sakini, 1987-ci il təvəllüdlü Vüsal Bilal oğlu Orucov sərxoş vəziyyətdə, babası Cəlal Xəlil oğlu Məmmədovun həyətindəki çardaqdan özünü asaraq intihar edib.

Əliyev bildirib ki, mərhumun üzərinə baxış zamanı cibindən çıxan məktubda, ölümündə heç kəsin günahkar olmadığını, həyatından bezdiyinə görə özünü öldürdüyünü yazıb. Məktubda, həmçinin, harada dəfn olunması barədə vəsiyyət də yazıb.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Xəbər lenti

Xəbər lenti