...

Bakıda qətlə yetirilən şəxsin "Çeçen Ruslan" ləqəbli avtoritet olub (yenilənib)

Hadisə Materials 26 Noyabr 2007 10:18 (UTC +04:00)
Bakıda qətlə yetirilən şəxsin "Çeçen Ruslan" ləqəbli avtoritet olub (yenilənib)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ Bakının Nərimanov rayonu ərazisində dünən axşam saatlarında atışma baş verib.

Həsən Əliyev küçəsində, "Tonqal" restoranının qarşısında bir nəfər odlu silahla vurulub. Şahidlərin bazar ertəsi Trend ə verdiyi məlumata görə, restorandan çıxan şəxslərə yolu keçən ağ rəngli "BMV" markalı avtomobildən atəş açılıb və avtomobil dərhal hadisə yerindən uzaqlaşıb. Ağır xəsarət alan şəxs xəstəxanaya aparılarkən yolda keçinib.

Nərimanov rayon prokurorluğunun müstəntiqi Rasim Qurbanov bazar ertəsi Trend ə bildirib ki, öldürülən şəxs 45 yaşlı Rusiya vətəndaşı olan, ağdam rayonunda doğulmuş Rüstəmov Raqub Bəhmən oğludur.

Müstəntiq bildirib ki, mərhuma barabanlı revolverdən atəş açılıb.

Hadisəni törədən şəxsin kimliyini müəyyənləşdirmək üçün tədbirlər görülür. Müstəntiq qətli motivinin hələlik müəyyənləşdirilmədiyini deyib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1) və qanunsuz odlu silah əldə etmə. saxlama, daşıma, gəzdirmə (228.1) maddələri ilə cinayət işi açılıb.

Hüquq-mühafizə orqanlarındakı mənbənin Trend ə verdiyi xəbərə görə, mərhum Rusiyada "Çeçen Ruslan" ləqəbli avtoritet kimi tanınıb. Qətlin də onun kriminal fəaliyyəti ilə bağlı olduğu bildirilir. Mənbə bildirib ki, Rüstəmovun həyatına bundan öncə bir neçə dəfə sui-qəsd olub.

Bu, son yarım ayda Bakıda odlu silahla üçüncü qətl hadisəsidir.

Binəqədi rayonunda tanınmamış Çeçenistan respublikasının Azərbaycan nümayəndəliyinin rəsmisi İmran Qazıyev qətlə yetirilib.

Səbayel rayonun 20-ci sahə adlanan ərazisindəki sahə müvəkkiliyinə silahlı basqın zamanı isə bir nəfər öldürülüb, 3 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti