...

Azərbaycan paytaxtının Nardaran qəsəbəsində etiraz aksiyası keçirilib

Hadisə Materials 11 Mart 2008 16:18 (UTC +04:00)
Azərbaycan paytaxtının Nardaran qəsəbəsində etiraz aksiyası keçirilib

Azərbaycan, Bakı, 11 mart/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan paytaxtının Nardaran qəsəbəsinin sakinləri beynəlxalq təşkilatlardan Danimarka qəzetlərində Məhəmməd peyğəmbərin (s.ə.s.) karikaturalarının dərc olunması, islam dininə qarşı təzyiqlərin dayandırılması, Fələstin, İraq və Əfqanıstanda baş verən son hadisələrin qarşısının alınması üçün ciddi tədbirlər görməyi tələb edirlər. Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun Trend a verdiyi məlumata görə, çərşənbə axşamı Azərbaycan paytaxtının Nardaran qəsəbəsinin İmam Hüseyn meydanında Danimarka qəzetlərində Məhəmməd peyğəmbərin (ə.s.) karikaturalarının dərc olunmasına, islam dininə qarşı təzyiqlərə, Fələstin, İraq və Əfqanıstanda baş verən hadisələrə etiraz əlaməti olaraq, mitinq keçirilib.

Aksiyada ABŞ, İsrail və digər Qərb ölkələrinin əleyhinə şüarlar səsləndirilib.

"Dünyanın bir sıra ölkələrində islam dininə qarşı təzyiqlərə və Fələstin, İraq və Əfqanıstanda törədilən qırğınlara etiraz olaraq aksiyalar keçirilir. İslam dünyası ilə həmrəylik nümayiş etdirmək üçün Nardaranda da aksiya keçirilib. Fələstin, İraq və Əfqanıstanı işğal edən ABŞ və İsrail müsəlmanlara qarşı soyqırım törədib və bu davam edir" - partiya sədri əlavə edib.

Aksiyanın sonunda ABŞ, İsrail, Danimarika və digər Qərb ölkələrinin bayraqları, ABŞ prezidenti Corc Buşun müqəvvası yandırılıb.

Xəbər lenti

Xəbər lenti