...

Yevlax rayonunda qətl törədilib

Hadisə Materials 9 Aprel 2008 12:05 (UTC +04:00)

Azərbaycan, Ağdam, 09 aprel / Trend , müxbir Ş.Cəliloğlu/ Yevlax rayonunun  Aran qəsəbəsindəki ticarət mərkəzinin ərazisində kişi meyidi tapılıb.

Yevlax rayon prokurorluğundan çərşənbə günü verilən məlumata görə, meyidin Muxtar Həsənov olduğu müəyyənləşdirilib.

Beş bıcaq xəsarəti ilə qətlə yetirilən Həsənovun bir gün öncə öldürüldüyü müəyyən olunub.

Hadisə ilə bağlı ərazidə yaşayan rayon sakinləri polisə məlumat verib.

Yevlax rayon polis şöbəsi əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri zamanı mərhumun həmyerlisi Razı Mustafayev tərəfindən qətlə yetirildiyi müəyyənləşib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120-ci) maddəsi ilə cinayət işi açılıb.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti