...

Azərbaycan Daxili Qoşunlarının əsgəri hərbi hissədə intihar edib

Hadisə Materials 24 Aprel 2008 11:58 (UTC +04:00)
Azərbaycan Daxili Qoşunlarının əsgəri hərbi hissədə intihar edib

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Daxili Qoşunlarının əsgəri xidmət etdiyi hərbi hissədə intihar edib.

Ağcabədi rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış 19 yaşlı Cümşüd Əliyev Daxili Qoşunların Qaladakı hərbi hissəsində özünü asıb.

Daxili Qoşunların mətbuat xidməti faktı təsdiqləyib və bildirib ki, mərhumun bədənində heç bir işgəncə izi aşkarlanmayıb. Mətbuat xidməti mərhumun cibindən özü tərəfindən yazılmış kağız tapıldığını deyib.

Bakı Şəhər Hərbi Prokurorluğundan isə cümə axşamı Trend a bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125) maddəsi ilə cinayət işi açılıb. Hərbi Prokurorluqdan istintaq sirri olduğu üçün əlavə məlumat verilməyib.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti