...

Bakının Nardaran qəsəbəsində polis əməkdaşı yaralanıb

Hadisə Materials 16 May 2008 16:51 (UTC +04:00)
Bakının Nardaran qəsəbəsində polis əməkdaşı yaralanıb

Azərbaycan,Bakı,16 may / Trend , müxbir K.Zərbalıyeva/ Bakının Nardaran qəsəbəsində polis əməkdaşına avtomat silahdan atəş açılıb.

Hüquq-mühafizə orqanlarındakı mənbədən cümə günü Trend a bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə qəsəbə sakini Əmirxan Cabbarovun avtomat silah gəzdirməsi barədə məlumat daxil olub.

Bu gün saat 8.00 radələrində polis əməkdaşları məlumatı yoxlamaq üçün onun yaşadığı ünvana gedərkən, Cabbarov avtomat silahla onlara atəş açaraq, 14-cü polis bölməsinin sahə müvəkkli Aydın Şirəliyevi qolundan yaralayıb.

Cabbarov hadisə yerindən qaçıb. Onun tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Əmirxan Cabbarovun oğlu Zülfüqar Cabbarov polis tərəfindən axtarışdadır.

Yaralı polis əməkdaşı 3 saylı şəhər kliniki xəstəxanasına yetrləşdirilib və həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı cinayət işi açılıb.

Bir neçə ay əvvəl Nardaranda 14-cü polis bölməsinin rəis müavini Zaur Bədəlova da qəsəbə sakini tərəfindən odlu silahla bədən xəsarəti yetirilmişdi.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti