...

Azərbaycan Ordusunun əsgəri həlak olub

Hadisə Materials 6 İyun 2008 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyun / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Ordusunun Qazax rayonundakı N saylı hərbi hissəsinin əsgəri güllə yarasından həlak olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a bildirilib ki, hadisə Ağayev Səbayel Rifah oğlunun xidməti silahından ehtiyatsız davranması səbəbindən baş verib.

20 yaşlı Ağayev ötən il Astara rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılıb.

Faktla bağlı Qazax rayon Hərbi Prokurorluğunda araşdırma aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti