Azərbaycan, Xaçmaz, 07 iyul/ Trend , müxbir A.Qafarov/ İyulun 6-da saat 21:00 radələrində Xaçmaz şəhərindəki kafelərin birində məhkum dünyasını dəyişib.
Qubadakı 9 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən 56 yaşlı Xaçmaz rayon sakini Abışov Vaqif Abış oğlunun ürək çatışmazlığından dünyasını dəyişdiyi ehtimal olunur.
Mərhumun meyidi tibbi ekspertizanın keçirilməsi üçün Xaçmaz morqa göndərilib.
Ekspertizanın rəyindən sonra Abışovun ölümünün səbəbi bəlli olacaq. Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.
Məntəqə tipli cəzaçəkmə müəssisəsi cəzaçəkmə müəssisələrində cəzaçəkdiyi müddətdə özünü nümunəvi apardığı üçün məhkəmənin qərarı ilə cazası yüngülləşdirilən məhkumlar üçün nəzərdə tutulub. Burda saxlanılan məhkumlar müəssisənin yerləşdiyi bölgənin ərazisində sərbəst gəzə bilərlər.
Məntəqə tipli cəzaçəkmə müəssisəsində özünü nümunəvi aparan məhkum məhkəmənin qərarı ilə vaxtından əvvəl cəzadan azad oluna bilər.
Azərbaycanda 15 məntəqə tipli cəzaçəkmə nüəssisəsi var.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]