...

Azərbaycanın paytaxtında Kam AZ ölümlə nəticələnən qəza törədib

Hadisə Materials 23 İyul 2008 17:12 (UTC +04:00)
Azərbaycanın paytaxtında Kam AZ ölümlə nəticələnən qəza törədib

Azərbaycan, Bakı,23 iyul / , müxbir K.Zərbalıyeva/ Bakının Nizami rayonunda "Azpetrol" şirkətinə məxsus KamAZ markalı yük maşını çərşənbə axşamı qəza törədib.

Trend-in "Xalq jurnalisti" layihəsi çərçivəsində əldə olunan məlumata görə, Keşlə qəsəbəsində, Ət Kombinatının yanında "Kam AZ" markalı yük maşını 33 yaşlı Elnur Tağıyevin idarə etdiyi 10 LZ 229 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobillə toqquşub.

Qəza zamanı "Jiquli"nin sürücüsü aldığı bədən xəsarətindən hadisə yerində keçinib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda (263.3) maddəsi ilə cinayət işi açılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti