...

Lənkəranda avtomobil qəzası nəticəsində bütün ailə həlak olub

Hadisə Materials 3 Avqust 2008 11:35 (UTC +04:00)

Azərbaycan, Lənkəran. 3 avqust / Trend , müxbir P.Əliyeva / Avqustun 3 keçən gecə Lənkəranın mərkəzi küçəsində insan tələfatı ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. VAZ-2107 və Nissan Murano markalı avtomobillərin toqquşması nəticəsində "jiquli"də olan beş sərnişindən üçü hadisə yerində ölüb. Bunlar bir ailə üzvləri, Lənkəranın Aşağı Müvədi qəsəbəsinin sakinləri Fərrad və Gülnaz Əlievlar, həmçnin onları qızları Ülkər Mehdiyeva olub. "Jiquli"nin digər iki sərnişini, Cəlilabad rayon sakinləri Mehdi Mehdiyev və 10 yaşlı Nurlan Mehdiyev ağır vəziyyətdə Lənkəran rayon Mərkəzi klinik xəstəxanasına çatdırılıblar.

Faktla bağlı cinəyyət işi açılıb, istintaq işləri aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti