Azərbaycan, Lənkəran, 21 avqust / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənubunda yerləşən (paytaxtdan 270 kilometr məsafədə) Lənkəran rayonunun 35 yaşlı sakini dənizdə boğularaq ölüb.
Lənkəran rayon Polis Şöbəsindən cümə axşamı Trend -a verilən məlumata görə, bu gün saat 15:30 radələrində rayonun Separadi kəndinin sakini Lalə Axundova rayon ərazisində yerləşən çimərlikdə boğularaq ölüb.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.
Bu il çimərlik mövsümündə Abşeron yarımadasında 45 nəfər dənizdə boğularaq ölüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]