...

Türkiyədə 14 İran vətəndaşı həlak olub

Hadisə Materials 9 Sentyabr 2008 10:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend / Ötən gün axşam Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 14 İran vətəndaşı həlak olub , 23 nəfər isə yaralanıb. Bu barədə İranın "İRİNN" xəbər saytı çərşənbə axşamı məlumat yayıb.

Yerli Yol Polisi İdarəsindən verilən məlumata əsasən, yaralıların vəziyyəti ağır qiymətləndirilir.

Qəza Türkiyəni şərqində Doğubayzid regionunda baş verib.

Yerli Yol Polisi İdarəsinin rəisi Məhəmməd Çətin bildirib ki, avtobusun dövlət nömrə nişanı onun İrana məxsus olduğunu göstərir.

Xəbər lenti

Xəbər lenti