...

Bakı sakininin evi qarət edilib

Hadisə Materials 12 Sentyabr 2008 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 12, sentyabr / Trend , müxbir S.Kazımlı / Bakının Nizami rayonu ərazisində mənzil qarət olunub.

Nizami rayon Polis İdarəsinin (RPİ) 24-cü polis bölməsindən cümə günü Trend -a verilən məlumata görə, sentyabrın 10-da saat 21:00 radələrində Naxçıvaniski küçəsi, ev 94, mənzil 11 ünvanında yaşayan Əziz Mirzəyevin evindən 1000 avro, 9 min ABŞ dolları, 49 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb.

Polis bölməsindən bildiriblər ki hazırda hadisəni törədən şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Nizami RPİ-də Azərbaycan Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla oğurluq törədilməsi (177.3.2-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, qeyd olunan maddə ilə təqsirləndirilən şəxsin təqsiri istintaqda və məhkəmədə sübuta yetirilərsə, həmin şəxs əmlakı müsadirə olunmaqla və ya olunmamaqla altı ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti