...

Bakıda "KamAZ" oğurlanıb

Hadisə Materials 15 Sentyabr 2008 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir S.Kazımlı / Bakının Qaradağ rayonunda yük avtomobili naməlum şəxs tərəfindən oğurlanıb.

Qaradağ rayon Polis İdarəsindən (RPİ) bazar ertəsi Trend -a verilən məlumata görə, sentyabrın 13-dən 14-nə keçən gecə rayon ərazisində yeni tikilən ticarət mərkəzinin yaxınlığından Sumqayıt sakini Ramiz Rüstəmova məxsus "KamAZ" markalı avtomobil qaçırılıb.

Rayon Polis İdarəsindən bildiriblər ki, hazırda avtomobilin və onu qaçıran şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Qaradağ RPİ-də araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti