Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir S.Kazımlı / Bakının Nizami rayonu ərazisində "Mercedes" markalı avtomobildən oğurluq edilib.
Nizami rayon Polis İdarəsindən (RPİ) çümə axşamı Trend - a verilən məlumata görə, sentyabrın 24 - də saat 15:00 radələrində Naxçıvanski küçəsində, Bakı sakini Mirmehdi Seyidova məxsus "Mercedes" markalı avtomobilin süşəsini sındırmaqla, maşından 4500 manat pul oğurlanıb.
Oğurluq edən şəxsin tutulması üçün əməliyyat - axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Nizami RPİ - də cinayət işi başlanılıb, istintaq aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]