...

Azərbaycan Sərhəd Xidmətinin giziri intihar edib

Hadisə Materials 23 Oktyabr 2008 12:12 (UTC +04:00)
Azərbaycan Sərhəd Xidmətinin giziri intihar edib

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Sərhəd Xidmətinin giziri özünü asaraq intihar edib.

Neftçala rayon Prokurorluğundan cümə axşamı Trend -a verilən məlumata görə, rayon ərazisindəki (paytaxt Bakıdan 120 kilometr aralı) N saylı hərbi hissədə müqavilə əsasında xidmət edən Anar Nəriman oğlu Cabbarovun meyidi oktyabrın 23-də rayon mərkəzinə gedən yolun kənarında ipdən asılmış vəziyyətdə tapılıb.

Mərhum xidmət etdiyi hərbi hissədə maliyyə bölməsinin rəisi kimi çalışıb.

Prokurorluqdan mərhumun cibindən məktub tapılması barədə məlumat təkzib olunub.

Bildirilib ki, Cabbarovun cibindən 18 ədəd 10 manatlıq əskinaz və açar tapılıb.

İntihar faktı hərbi hissədən kənarda baş verdiyindən araşdırmanı Neftçala rayon prokurorluğu aparır.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti