...

Bakıda qurğularının oğurlanması nəticəsində "Azəriqaz" QSC-yə xeyli ziyan vurulub

Hadisə Materials 7 Noyabr 2008 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 noyabr / Trend , müxbir S. Kazımlı / Bakının Xətai rayonunun ərazisində "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin qaz tənzimləyici qurğularının oğurlanması nəticəsində? cəmiyyətə 4720 manat miqdarda ziyan vurulub.

Bu barədə Xətai rayon Polis İdarəsindən (RPİ) cümə günü Trend - a məlumat verilib.

Məlumata görə, bu il yanvarın 20 - də Nobel prospektində 1 ədəd, sentyabrın 18 - də Aşıq Qurban küçəsində 1 ədəd, sentyabrın 29 - da Mikayıl Müşfiq və Səmədov küçələrində 2 ədəd quraşdırılmış qaztənzimləyici qurğular naməlum şəxslər tərəfindən oğurlanıb.

Oğurlanan qaztənzimləyici qurğunun 1- nin dəyəri 1180 manatdır. Hadisə haqda "Azərqaz" QSC tərəfindən bir neçə gün əvvəl polisə müraciət edilib. Hazırda hadisəni törədən şəxslərin müəyyən edilib tutulması üçün polis əməkdaşları tərəfindən əməliyyat - axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Xətai RPİ - də Azərbaycan Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti