...

Bakı sakini zəhərlənmədən ölüb

Hadisə Materials 27 Noyabr 2008 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir S.Kazımlı / Bakının Binəqədi rayonunda milliyətcə rus zəhərlənmədən ölüb. Bu barədə Binəqədi rayon Prokurorluğundan cümə axşamı Trend -a məlumat verilib.

Rayon Prokurorluğundan bildiriblər ki, Bakı sakini 45 yaşlı Yuri Solov noyabrın 25-də zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dünən günün ikinci yarsında isə o, xəstəxanada ölüb.

İlkin araşdırma zamanı Solovun noyabrın 25-də toy məclisində spirtli içki və həmin gün axşam bilməyərəkdən evdə sirkə turşusu içdiyi məlum olub.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti