...

Bakıda partlayış nəticəsində dağılmış yaşayış evinin dağıntıları altından qadın meyidi çıxarılıb

Hadisə Materials 17 Yanvar 2009 01:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar/ Trend , müxbir S.Kazımlı / Azərbaycanın paytaxtında partlayış nəticəsində dağılmış yaşayış evinin dağıntıları altından 1980-ci il təvəllüdlü Murtuzayeva Elnarənin meyidi xilas edənlər tərəfindən çıxarılıb. Bu barədə Trend a FHN-nin rəis müavini Etibar Mirzəyev deyib.

"İlkin versiyaya görə, partlayışa səbəb mənzillərin birində qaz sızması olub", nazir müavini deyib.

Beləliklə partlayış zamanı ölənlərin sayı beşə çatdı.

Hadisə zamanı 10 nəfər insan yaralanıb. Onlardan biri ağır vəziyyətdədir.

Bakıda cümə günü "Memar Əcəmi" metro stansiyası yıxınlığında, Cavad Xan 30 küçəsində yerləşən yaşayış binasında güclü partlayış baş vermişdir. Partlayış nəticəsində binanın beşinci mərtəbəsi dağılıb.

Xəbər lenti

Xəbər lenti