...

Azərbaycanın Hollandiyadakı səfirliyi qəzaya uğramış türk təyyarəsindəki qadın sərnişinin vətəndaşlığını araşdırır

Hadisə Materials 25 Fevral 2009 19:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir N.Abdullayeva / Çərşənbə günü Amsterdamın "Sxipxol" hava limanında qəzaya uğramış Türkiyəyə məxsus Boeing 737-800 təyyarəsində Rəna Musayeva adlı sərnişinin olub.

Azərbaycanın Hollandiyadakı səfirliyinin birinci katibi Trend -la telefon bağlantısı zamanı Amsterdamdan bildirib ki, səfirlik qadının kimliyini müəyyənləşdirir.  

Bununla yanaşı səfirlik təyyarədə digər Azərbaycan vətəndaşının və yaxud azərbaycanlının olub-olmamasını araşdırır.

Türkiyəyə məxsus Boeing 737-800 təyyarəsinin Amsterdamın "Sxipxol" hava limanında qəzaya uğraması nəticəsində azı 9 adam həlak olub və 50 nəfər xəsarət alıb. Xəsarət alanlardan iyirmisinin vəziyyəti ağırdır.

Türkiyə nəqliyyat naziri Binəli Yıldırımın sözlərinə əsasən, təyyarə 2002-ci ildə istifadəyə verilib və heç bir texniki nasazlığı olmayıb.

Təyyarədə 127 sərnişin və 7 ekipaj üzvü olub. Boeing 737-800 təyyarəsi yerli vaxtla 08:22-də İstanbuldan Amsterdama istiqamət götürüb. Qəza zamanı təyyarə üç hissəyə bölünsə də yanğın baş verməyib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti