...

Fərda Qədirovun Gürcüstandakı doğma kəndinin sakinləri onun sakit və qapalı insan olduğunu bildirirlər

Hadisə Materials 30 Aprel 2009 20:16 (UTC +04:00)
Fərda Qədirovun Gürcüstandakı doğma kəndinin sakinləri onun sakit və qapalı insan olduğunu bildirirlər

Gürcüstan, Tbilisi, 30 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Marneuli rayonu Daşta kəndinin sakinlərini Bakıdan gələn məlumatlar təəccübləndirib. Bakıda təhsil ocağında günahsız insanları güllələyən Fərda Əsəd oğlu Qədirovun həmyerliləri onun heç vaxt aqressiv olmadığını bildiriblər.

"Fərda həmişə sakit və qapalı oğlan olub. Beş ay əvvəl Fərda kəndə gəlib və deyib ki, Xəzər dənizinə çıxıb qazanc əldə etmək istəyirəm", - Fərdanın bibisi Rəna Qədirova deyib.

Fərda Qədirov Gürcüstandan Azərbaycana dörd il öncə gedib və vaxtaşırı doğma kəndə baş çəkib.

Rəna Qədirova bu gün baş verənləri heç cür başa düşmür.

Fərdanın həmkəndliləri onun sakit təbiətli olmasını xüsusi qeyd edərək dindar ailədən olduğunu vurğulayıblar. Qanlı hadisəni törədən gəncin əmisini "kəndin mesenatı" adlandırırlar. O, kənddə məscid tikdirib.

Kənd sakinləri bütün günü Qədirovların evi qarşısında olublar və Bakıda aparılan isitntaq tədbirlərinin məsələyə aydınlıq gətirəcəyinə ümid edirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti