...

Lənkəranda telefon terrorizmi baş verib

Hadisə Materials 26 Avqust 2009 01:14 (UTC +04:00)
Lənkəranda telefon terrorizmi baş verib

Azərbaycan, Lənkəran, 26 avqust / Trend , P.Əliyev/

Lənkəran polis şobəsindən verilən məlumata əsasən, avqustun 25-də saat 16.40 radələrində FHN-nin 112 xidmətinə zəng daxil olub. Zəng edən şəxs bildirib ki, şəhərin 1-ji mikrorayon massivindəki binalardan birinə bomba qoyulub. Lakin aparılan əməliyyatlar nətijəsində heç bir bomba tapılmayıb.

Polisin apardıqı araşdırmalar nətijəsində məlum olub ki, FHN-nin 112 xidmətinə zəng Lənkəran rayonu Şaqlaküçə kənd sakini Əliyeva Bəyim Əlibaxış qızına məxsus Mobil telefondan edilib. Aydınlaşdırılıb ki, telefon sahibəsinin 8 yaşlı oğlu Əliyev Ümid Fizuli oğlu nəzarətsiz qalmasından istifadə edərək adıçəkilən hadisəni törədib.

Uşaq valideynləri ilə birlikdə Lənkəran polis şöbəsinə dəvət olunub və onlarla izahat işi aparılıb. "Telefon terrorçusunun" azyaşlı olması ilə əlaqədar olaraq jinayət işi qaldırılmayb.

Xəbər lenti

Xəbər lenti