İranın Şuş şəhərinin yaxınlığında yerləşən Kərxə qoruğunda 30 hektara yaxın sahə yanıb. Bu barədə İran televiziyasının rəsmi saytı məlumat yayıb.
Yanğın ötən gün gecə yarısı saat 4 radələrində başlayıb və axşam saat 8-də söndürülüb. Kərxə qoruğunun 30 hektar sahəsinin 10 hektarı tamamilə yanıb. 20 hektar sahədə isə yanğının ziyanı az olub.
Yanğının söndürülməsində İranın Şuş, Dezful və Şavur şəhərlərinin yanğınsöndürmə dəstələri iştirak edib. Güclü külək və quraqlıq yanğının sürətlənməsinə səbəb olub. Yanğınsöndürənlər yanğının yenidən başlaması ehtimalı olduğu üçün hələ də hadisə yerindədirlər.
İranın Xuzestan əyalətində yerləşən Kərxə qoruğunun ümumulikdə 500 hektar sahəsi var.