...

Azərbaycanın cənubunda 20-dən artıq kənd sel suları altında qalıb

Hadisə Materials 28 Sentyabr 2009 11:51 (UTC +04:00)
Rayonun fövqəladı hallar komissiyasının sədri Nadir Abıyev Trend News-a bildirib ki, dünən axşam saatlarında yağan aramsız və güclü yağışlar nəticəsində gecə saat 01.00 radələrində Viləşçay və Boradigah çayları məcrasından çıxıb və nəticədə 20-dən artıq kəndi su basıb. Suyun səviyyəsi 60-70, bəzi kəndlərdə isə 1 metrə çatıb.
Azərbaycanın cənubunda 20-dən artıq kənd sel suları altında qalıb

Azərbaycan, Lənkəran, 28 senytabr / Trend , müxbir P.Əliyeva /

Azərbaycanın cənubunda yerləşən Masallıda yağan güclü yağışlar nəticəsində rayonun 20-dən artıq kəndi sel suları altında qalıb.

Rayonun fövqəladı hallar komissiyasının sədri Nadir Abıyev Trend -a bildirib ki, dünən axşam saatlarında yağan aramsız və güclü yağışlar nəticəsində gecə saat 01.00 radələrində Viləşçay və Boradigah çayları məcrasından çıxıb və nəticədə 20-dən artıq kəndi su basıb. Suyun səviyyəsi 60-70, bəzi kəndlərdə isə 1 metrə çatıb.

Abıyevin sözlərinə görə, son 20 il ərzində rayona ilk dəfə belə güclü yağışlar yağır. Vəziyyət çox ağır olduğundan Fövqəladə Hallar Nazirliyinə müraciət olunub. Su basmış kəndlərin əhalisi Kamaz markalı avtomobillərlə kəndlərdən çıxarılıb və müvəqqəti olaraq qohum-əqrabasının evində yerləşdirilib. İnsan tələfatı olmasa da, kənd təsərrüfatına ciddi ziyan dəyib.

Rayonun 5 ərazi nümayəndəliyində rabitə və elektrik enerjisi kəsilib. Rayonda hazırda yağışlar davam edir.

Lənkəranda da yağan yağışlar nəticəsində rayon mərkəzi və bəzi kəndlər işıqsız qalıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti