Türkiyə 2005-ci ildə Quş adasındakı terror zamanı həlak olmuş ingilis vətəndaşı Helyn Bennettin ailəsinə 2.4 milyon türk lirəsi təzminat ödəyib. Bu haqda Türkiyənin Cihan informasiya agentliyi məlumat verib.
Agentliyin verdiyi məlumata görə, Bennettin ölümündən sonra ailəsi Türkiyədən təzminat almaq üçün beynəlxalq qurumlara müraciət etsə də, hadisədən düz dörd il sonra Türkiyə hökuməti təzminat ödəməyi qəbul edib.