...

Azərbaycanın cənubunda 20 ev sel suları altında qalıb

Hadisə Materials 18 Noyabr 2009 11:39 (UTC +04:00)
Azərbaycanın cənubunda yerləşən Masallı rayonunda (paytaxt Bakıdan 220 kilometr aralı) 20 ev sel suları altında qalıb, çərşənbə günü Trend News-a rayon Fövqəladə Hallar Komissiyasının sədri Nadir Abıyev məlumat verib.
Azərbaycanın cənubunda 20 ev sel suları altında qalıb

Azərbaycan, Lənkəran, 18 noyabr / Trend , müxbir P.Əliyeva/

Azərbaycanın cənubunda yerləşən Masallı rayonunda (paytaxt Bakıdan 220 kilometr aralı) 20 ev sel suları altında qalıb, çərşənbə günü Trend -a rayon Fövqəladə Hallar Komissiyasının sədri Nadir Abıyev məlumat verib.

"Noyabrın 17-si səhərdən başlayan aramsız yağışlar nəticəsində Cəlilabadın Göytəpə çayından gələn suyun səviyyəsi qalxıb və nəticədə Masallının Yazqıraq çayının da səviyyəsi artıb. Buna görə Masallının Təklə kəndinin 20 evi su altında qalıb", - Abıyev deyib.

Onun sözlərinə görə, sel nəticəsində kəndin 100 hektardan artıq taxıl sahəsinə də ciddi ziyan dəyib. Hazırda əhaliyə dəyən ziyanın miqdarı müəyyənləşdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti