...

Azərbaycanda traktor minaya düşüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 1 Dekabr 2009 11:46 (UTC +04:00)
Azərbaycanın Ağdam rayonunun Ergi düzü adlanan ərazisində yer şumlayan traktor minaya düşüb.
Azərbaycanda traktor minaya düşüb (ƏLAVƏ OLUNUB)

RED: ikinci abzasdan sonra təfərrüatlar əlavə olunub.

Azərbaycan, Bərdə, 1 dekabr / Trend , müxbir Ş.Cəliloğlu/

Azərbaycanın Ağdam rayonunun Ergi düzü adlanan ərazisində yer şumlayan traktor minaya düşüb.

Trend -un məlumatına görə, hadisə bu gün səhər saatlarında, Azərbaycan-Ermənistan qoşunlarının təmas xətti yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində traktorun sürücüsü, Saatlı rayon sakini Vüsal Həşimov ağır xəsarət alıb.

O, Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Azərbaycan ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, Saatlı rayonu Qarabağlılar kənd sakini, 1986-cı il təvəllüdlü Qəşimov Vüsal Bayram oğlu Saatlı rayon Aqroservisə məxsus traktorla yer şumlayarkən tank əleyhinə minaya düşərək yüngül xəsarət alıb.

Həmin ərazi təmas xəttinə yaxın olduğundan Agentlik tərəfindən həmin ərazilərdə əməliyyatlar aparılmır.

Dəfələrlə Agentlik tərəfindən həmin ərazilərin təhlükəli olduğu barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Aqroservis tərəfindən kənd təsərrüfatı işlərinin aparılması davam edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbər lenti

Xəbər lenti