...

Azərbaycanda hərbçinin ölümü ilə nəticələnən yol qəzası olub

Hadisə Materials 3 Dekabr 2009 11:28 (UTC +04:00)
Azərbaycanın cənub-qərbində yerləşən Bərdə rayonunda hərbçinin ölümü ilə nəticələnən yol qəzası olub.
Azərbaycanda hərbçinin ölümü ilə nəticələnən yol qəzası olub

Azərbaycan, Bərdə, 3 dekabr / Trend , müxbir Ş.Cəliloğlu/

Azərbaycanın cənub-qərbində yerləşən Bərdə rayonunda hərbçinin ölümü ilə nəticələnən yol qəzası olub.

Bərdə rayon Polis İdarəsindən cümə axşamı Trend -a bildiriblər ki, dekabrın 2-də gecə 23:00 radələrində rayon sakini Ülvi Mətləb oğlu Əliyev idarə etdiyi "Mersedes" markalı avtomobillə yüksək surətlə hərəkət etdiyindən, idarəetməni itirib və Bərdə rayon Hərbi qarnizonunun qarşısında duran 1966-cı il təvəllüdlü Ağcabədi rayon sakini Mübariz Mustafayevi vurub.

Mustafayev rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Bərda rayon Polis İdarəsində istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti