...

Bakıda qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq son iki gündə 30 nəfər xəsarət alıb

Hadisə Materials 27 Yanvar 2010 11:39 (UTC +04:00)
Bakı şəhər Təcili Tibbi Yardım Stansiyası baş həkiminin müavini Rauf Nağıyev çərşənbə günü Trend News-a bildirib ki, dünən və bu gün səhər saatlarında paytaxtda yolların buz bağlaması nəticəsində 30 nəfər sürüşərək yıxılıb və xəsarət alıb.
Bakıda qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq son iki gündə 30 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 27 yanvar / Trend , muxbir K.Zərbalıyeva/

Azərbaycanda qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Bakıda son iki gündə 30 nəfər xəsarət alıb.

Bakı şəhər Təcili Tibbi Yardım Stansiyası baş həkiminin müavini Rauf Nağıyev çərşənbə günü Trend -a bildirib ki, dünən və bu gün səhər saatlarında paytaxtda yolların buz bağlaması nəticəsində 30 nəfər sürüşərək yıxılıb və xəsarət alıb.

Onlardan 26-sı şəhərdəki xəstəxanaların travmatologiya şöbələrinə yerləşdirilib. Bu xəstələrdən 11-i qadın, 15-i kişidir. Nağıyevin sözlərinə görə, xəsarət alanlar əsasən orta yaş həddində olanlardır.

Nağıyev bildirib ki, xəsarət alanlar arasında məktəblilər də var.

Xəsarət alan 4 nəfərə isə təcili tibbi yardım həkimləri tərəfindən evlərində tibbi yardım göstərilib.

Baş həkimin müavini Təcili Tibbi Yardım Stansiyasının gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiyini deyib.

Azərbaycanın paytaxtına yanvarın 25-i gecədən yağan qar küçələrdə maşınların və piyadaların hərəkətinə xeyli çətinlik yaradıb.

Xəbər lenti

Xəbər lenti