Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir K.Zərbalıyeva/
Bakıda idman-sağlamlıq mərkəzində yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin internet saytının yaydığı məlumata görə, dünən axşam saatlarında Nəsimi rayonunda iyirmi iki mərtəbəli yaşayış binasının 1-ci və 2-ci mərtəbələrində yerləşən, vətəndaşa məxsus idman-sağlamlıq mərkəzinin 2-ci mərtəbəsində ümumi sahəsi 550 kv.m. olan saunanın konstruksiyaları 54 kv.m. sahədə yanıb.
Binanın 5 sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub, idman-sağlamlıq mərkəzinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 22:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.