Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir K.Zərbalıyeva/ Azərbaycanda Penitensiar Xidmətin Müalicə Müəssisəsində intihar etmiş təqsirləndirilən şəxsin ölümünün səbəblərini prokurorluq araşdırır.
Bakının Nizami Rayon Prokurorluğundan cümə günü Trend-ə verilən məlumata görə, martın 24-də PX-nin Müalicə Müəssisəsində intihar etmiş Sədrəddin Seyfullayevin ölüm işi ilə bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Prokurorluqdan, istintaq sirri olduğundan, intiharın səbəbi barədə məlumat verilməyib.
Məlumata görə, Seyfullayev yanvarın 13-də Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində zərərsizləşdirilən mütəşəkkil dəstənin üzvüdür. Dəstə üzvləri İrandan Azərbaycana qaçaqmal yolu ilə 31 kiloqramdan artıq narkotik vasitə gətiriblər.