...

Azərbaycanın Sabirabad rayonunda Kür çayı iki bəndi dağıdıb, əhali evakuasiya olunur

Hadisə Materials 11 May 2010 00:11 (UTC +04:00)
Kür çayında suyun səviyyəsinin qalxması Azərbaycanın Sabirabad rayonu ərazisində bu gün iki bəndi dağılıb.
Azərbaycanın Sabirabad rayonunda Kür çayı iki bəndi dağıdıb, əhali evakuasiya olunur

Azərbaycan, Şirvan, 11 may /Trend, müxbir A.Zeynallı/

Kür çayında suyun səviyyəsinin qalxması Azərbaycanın Sabirabad rayonu ərazisində bu gün iki bəndi dağıdıb.

Sabirabad rayon İcra Hakimiyyətindən bildiriblər ki, rayonun Mürsəlli kəndindən keçən hissəsində su iki bəndi dağıdıb.

Nəticədə Sabirabadın iki kəndinin Ulacalı və Şıxlar kəndlərinin su altında qalması təhlükəsi yaranıb. Bu kəndlərin əhalisi evakuasiya olunur.

Təbii fəlakətə məruz qalmış Şirvan şəhərinin Bayramlı qəsəbəsi və Sabirabad rayonunun Qaragüney, Dadaşbəyli, Moranlı, Bala Həşimxanlı kəndləri əhalisinin evakuasiyası başa çatıb. Rayonun daşqın təhlükəsi ilə üzləşə biləcəyi ehtimal olunan daha 5 kəndinin əhalisi də köçürülür.

Şirvan şəhərində və Sabirabad rayonunda evakuasiya olunmuş 4 minədək insan çadırda yerləşdirilib.

Trend-in arayışı: Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində Kürün məcradan cıxması səbəbindən qırx rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev uçub, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələri su altında qalıb.

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov dünən jurnalistlərə bildirib ki, Kür çayının bəzi yerlərində suyun səviyyəsinin 1 metrə qədər azalması müşahidə olunur.

"Artıq böhranlı vəziyyətdən çıxmışıq. Hazırda uçulmuş bəndlərin bərpası işi gedir. İki-üç günə bəndlərin tam bərpası başa çatacaq", - Heydərov deyib.

Nazirin sözlərinə görə, köçürülmüş 9 kəndin əhalisinin normal vəziyyətdə yaşaması üçün lazımi tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti