...

Azərbaycanın İsmayıllı rayonundakı meşələrdə yanğınlar baş verib

Hadisə Materials 4 Avqust 2010 21:01 (UTC +04:00)
Azərbaycanın İsmayıllı rayonundakı meşələrdə çərşənbə günü yanğınlar başlayıb. Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
Azərbaycanın İsmayıllı rayonundakı meşələrdə yanğınlar baş verib

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycanın İsmayıllı rayonundakı meşələrdə çərşənbə günü yanğınlar başlayıb. Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

İsmayıllı rayonunun Talıstan kəndi yaxınlığında yerləşən meşə zolağında şəxsi heyətin və texnikanın işləməsi üçün qeyri-mümkün olan ərazilərdə yanğın ocaqları əmələ gəlib.

"Yanğının söndürülməsinə FHN vertolyotları cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti