...

Bakıda avtobuslar yolayrıcında toqquşublar (YENİLƏNİB)

Hadisə Materials 6 Avqust 2010 16:01 (UTC +04:00)
Bakının Qaradağ rayonu ərazisində 20 və 283 nömrəli sərnişin avtobusları yolayrıcında toqquşublar.
Bakıda avtobuslar yolayrıcında toqquşublar (YENİLƏNİB)

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Qaradağ rayonu ərazisində 20 və 283 nömrəli sərnişin avtobusları yolayrıcında toqquşublar. Bu barədə Trend-ə Qaradağ rayon polis şöbəsinin növbətçi hissəsindən bildiriblər. Fakt üzrə Polis İdarəsi tərəfindən 263-cü maddə (yol hərəkəti qaydalarının və nəqliyyat vasitələrinin istismarının pozulması) üzrə cinayət işi qaldırılıb.

Yol qəzası nəticəsində səkkiz nəfər xəsarət alıb. Bu barədə Trend-ə qəzadan sonra yaralıların gətirildiyi Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildiriblər.

Bütün xəsarət alanların vəziyyəti həkimlər tərəfindən orta ağır qiymətləndirilir.

Hadisə "Sədərək" ticarət mərkəzinin yaxınlığında baş verib.

Xəbər lenti

Xəbər lenti