Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir M.Əliyev/
Cümə axşamı Azərbaycan-Ermənistan sərhədində - Naxçıvandan 77 kilometr şimal-qərbdə Rixter şkalası ilə 3,6 bal gücündə zəlzələ baş verib. Bu barədə cümə günü Respublika Seysmoloji Xidmət Mərkəzinin saytında yerləşdirilmiş məlumatda deyilir.
Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.