...

Bakıda sərnişin avtobusu avtomobillə toqquşub

Hadisə Materials 29 Oktyabr 2010 15:12 (UTC +04:00)
Sabunçu Rayon Polis İdarəsindən cümə günü Trend-ə verilən məlumata görə, bu gün günorta saatlarında Zabrat yolunda 198 saylı marşrutla şəxsi minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Bakıda sərnişin avtobusu avtomobillə toqquşub

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda sərnişin avtobusu "VAZ 2106" markalı avtomobillə toqquşub.

Sabunçu Rayon Polis İdarəsindən cümə günü Trend-ə verilən məlumata görə, bu gün günorta saatlarında Zabrat yolunda 198 saylı marşrutla şəxsi minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Xəsarət alanlardan ikisi sürücü, biri isə sərnişindir.

Yaralılar 3 saylı Kliniki Xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti