...

Baku Steel Company"də partlayışa səbəb əşya ilə ehtiyatsız davranış olub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 22 Dekabr 2010 12:06 (UTC +04:00)
Çərşənbə axşamı "Baku Steel Company" şirkətinin Oksigen sexində baş vermiş partlayışa səbəb sexə aid olmayan əşya ilə ehtiyatsız davranış olub. Bu barədə zavoddan çərşənbə günü Trend-ə daxil olan məlumatda deyilir.
Baku Steel Company"də partlayışa səbəb əşya ilə ehtiyatsız davranış olub (ƏLAVƏ OLUNUB)

Başlıq dəyişib və zavod tərəfindən şərh əlavə olunub

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir K.Zərbəliyeva/

Çərşənbə axşamı "Baku Steel Company" şirkətinin Oksigen sexində baş vermiş partlayışa səbəb sexə aid olmayan əşya ilə ehtiyatsız davranış olub. Bu barədə zavoddan çərşənbə günü Trend-ə daxil olan məlumatda deyilir.

Çərşənbə axşamı "Baku Steel Company" zavodunun Oksigen sexində baş vermiş partlayış nəticəsində bir nəfər yaralanıb. Bu barədə Trend-ə Bakının Nərimanov rayon prokurorunun köməkçisi Vilayət Məmmədov məlumat verib.

Yaralanan 25 yaşlı Azər Rzayev xəstəxanaya yerləşdirilib. Məlumatda deyilir ki, zavodda iş əvvəlki qrafik üzrə davam edir.

Xəbər lenti

Xəbər lenti