Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda 65 yaşlı kişinin meyidi tapılıb.
Suraxanı rayon Polis İdarəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, dünən saat 21:00 radələrində 1945-ci il təvəllüdlü, Suraxanı rayonu Bülbülə qəsəbə sakini Tofiq Rəhimovun üzərində zorakılıq əlamətləri olan meyiti Əmircan qəsəbəsindən tapılıb.
Cinayətin kim tərəfindən, hansı məqsədlə törədildiyi hələlik müəyyən olunmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1) maddəsi ilə cinayət işi başlanıb.