...

Azərbaycan Ordusunun əsgəri intihar edib

Hadisə Materials 10 Yanvar 2011 16:56 (UTC +04:00)
Azərbaycan Ordusunun əsgəri intihar edib.
Azərbaycan Ordusunun əsgəri intihar edib

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ordusunun əsgəri intihar edib.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məlumat verib.

Yanvarın 10-da N saylı hərbi hissənin əsgəri Səfərov Nurlan Telman oğlu intihar edib. Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb.

Sabiroğlu bildirib ki, intiharın səbəbləri araşdırıldıqdan sonra nəticəsi barədə əlavə məlumat veriləcək.

19 yaşlı Səfərov ötən ilin oktyabrında Bakının Binəqədi rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Xəbər lenti

Xəbər lenti