...

Azərbaycanda ağır cinayət törədən şəxs Rusiyaya keçərkən sərhəddə saxlanılıb

Hadisə Materials 17 Yanvar 2011 11:19 (UTC +04:00)
Sabirabad rayon prokuroru Seyfulla Aslanov bazar ertəsi Trend-ə bildirib ki, yanvarın 12-də rayon sakinləri - 82 yaşlı Xalidə Güləliyeva və onun 55 yaşlı qızı Əzizbəyim Güləliyevanı qətlə yetirən şəxs Qusar rayonundan Rusiyaya keçərkən rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulub.
Azərbaycanda ağır cinayət törədən şəxs Rusiyaya keçərkən sərhəddə saxlanılıb

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Sabirabad rayonunda ana və qızı qətlə yetirən şəxs sərhədi keçərkən saxlanılıb.

Sabirabad rayon prokuroru Seyfulla Aslanov bazar ertəsi Trend-ə bildirib ki, yanvarın 12-də rayon sakinləri  - 82 yaşlı Xalidə Güləliyeva və onun 55 yaşlı qızı Əzizbəyim Güləliyevanı qətlə yetirən şəxs Qusar rayonundan Rusiyaya keçərkən rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Prokuror bildirib ki, cinayəti törədən mərhm Xalidə Güləliyevanın oğlu Əbülfəz Güləliyevdir.

Aslanovun sözlərinə görə, ilkin araşdırma zamanı cinayətin mənzil mübahisəsi səbəbindən baş verdiyi müəyyən olunub.

Mənzildən məhrum edilən oğul anasını və bacısını qətlə yetirib.

Prokuror bildirib ki, cinayətdə şübhəli bilinən Güləliyev hazırda Qusardan Sabirabada gətirilir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin iki və daha artıq şəxsi qəsdən öldürmə (120.2.7-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti