...

Azərbaycan Ordusunun əsgəri ehtiyatsızlıqdan əsgər yoldaşını öldürüb - Müdafiə Nazirliyi

Hadisə Materials 3 Fevral 2011 11:16 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə bildirib ki, Naxçıvan Muxtar Respublikasında, Müdafiə Nazirliyinə məxsus "N" saylı hərbi hissənin əsgəri Qaybalı Əli oğlu Məhərrəmovun avtomat silahdan açdığı atəş nəticəsində əsgər yoldaşı Camal Etibar oğlu Abbasov dünyasını dəyişib.
Azərbaycan Ordusunun əsgəri ehtiyatsızlıqdan əsgər yoldaşını öldürüb - Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ordusunun əsgəri xidməti silahı ilə əsgər yoldaşını öldürüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə bildirib ki, Naxçıvan Muxtar Respublikasında, Müdafiə Nazirliyinə məxsus "N" saylı hərbi hissənin əsgəri Qaybalı Əli oğlu Məhərrəmovun avtomat silahdan açdığı atəş nəticəsində əsgər yoldaşı Camal Etibar oğlu Abbasov dünyasını dəyişib.

Hadisə silahla ehtiyatsız davranma nəticəsində baş verib.

Məhərrəmov Tovuz rayon Hərbi Komissarlığından, Abbasov isə Şərur rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti