...

Azərbaycan gömrükçüləri külli miqdarda narkotikin qanunsuz dövriyyəsinin qarşısını alıb

Hadisə Materials 12 Fevral 2011 13:15 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Azərbaycan vətəndaşı, Astara şəhər sakini Cəfərov Rameş Nağı oğlunun idarə etdiyi "KAMAZ" markalı avtomobildən 24 kq 900 qram həşiş aşkar edilib.
Azərbaycan gömrükçüləri külli miqdarda narkotikin qanunsuz dövriyyəsinin qarşısını alıb

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan gömrükçüləri külli miqdarda narkotikin qanunsuz dövriyyəsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Azərbaycan vətəndaşı, Astara şəhər sakini Cəfərov Rameş Nağı oğlunun idarə etdiyi "KAMAZ" markalı avtomobildən 24 kq 900 qram həşiş aşkar edilib.

Narkotik maddə Azərbaycana İrandan gətirilib.

Rusiyaya narkotik aparan Azərbaycan vətəndaşı isə "Şirvanovka" gömrük postunda saxlanılıb.

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə İbrahimov Yaşar Məhəmməd oğlu tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycandan Rusiyaya aparılması ilə bağlı məlumat daxil olub.

Yoxlama zamanı İbrahimovun ayaqlarının baldır nahiyəsində tənzifə bükülmüş və tənzifin üzərindən xüsusi yapışqanla bağlanmış 8 ədəd bükmədə, ümumi çəkisi 3 kq 980 qram spesifik iyə malik, tünd qəhvəyi rəngli, narkotik vasitə olan həşiş qatranı aşkar olunaraq götürülüb.

Lənkəran şəhər sakini Feyzullayev Qəhrəman Qəzənfər oğlu piyada yolu ilə İrandan Azərbaycana gələrkən Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində saxlanılıb.

Ona məxsus əl yüklərinə rentgen aparatında baxış zamanı çəkisi 28,780 qram təşkil edən heroin aşkar olunaraq götürülüb.

Xəbər lenti

Xəbər lenti