...

Sumqayıtda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

Hadisə Materials 24 Fevral 2011 11:20 (UTC +04:00)
Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində Bakı-Quba yolunun 33-cü kilometrliyində yol nəqliyyat hadisəsi baş verib.
Sumqayıtda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir T.Hacıyev/

Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində Bakı-Quba yolunun 33-cü kilometrliyində yol nəqliyyat hadisəsi baş verib.

Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev cümə axşamı Trend-ə bildirib ki, Sumqayıt sakini, Ağaəli Dadaşovun idarə etdiyi "Hyundai" markalı, 50 BU 051 dövlət nömrə nişanlı sərnişin avtobusu Vüqar Tapdıqovun idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə toqquşub.

Qəza nəticəsində, "VAZ-2107"nin sürücü Vüqar Tapdıqov dünyasını dəyişib. Beş nəfər sərnişin isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti