...

Sumqayıtda zavodda yanğın olub, FHN-in əməkdaşı zəhərlənib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 3 Mart 2011 13:23 (UTC +04:00)
Sumqayıtda zavodda yanğın olub, FHN-in əməkdaşı zəzhərlənib
Sumqayıtda zavodda yanğın olub, FHN-in əməkdaşı zəhərlənib (ƏLAVƏ OLUNUB)

Sonuncu abzasda DİN-in məlumatı əlavə edilib (İlk xəbər 12:03-də yayılıb)

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir K.Zərbalıyeva/

Sumqayıtda zavodda yanğın olub.

Trend-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) İnternet saytında yerləşdirilən xəbərə görə, Sumqayıt şəhərində "Azərkimya" Dövlət Şirkətinə məxsus Etilen-Polietilen zavodunun sexlərindən birində polimer ayaqaltılar 200 kvadratmetr sahədə yanıb.

İlkin ehtimala görə, yanğın texnoloji prosesin pozulması nəticəsində baş verib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, hadisə nəticəsində soyuducu qurğunun polietilendən hazırlanmış boruları yanıb, FHN-in əməkdaşı, çavuş Nizami Əsgərov tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti