...

Azərbaycan İslam Partiyasının keçmiş sədri vəfat edib

Hadisə Materials 17 Mart 2011 19:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir T.Cəfərov/

Azərbaycan İslam Partiyasının (AİP) keçmiş sədri Hacı Əlikram Əliyev vəfat edib.

Trend-in məlumatına görə, Hacı Əlikram Əliyev uzun sürən xəstəlikdən sonra cümə axşamı saat 17.00 radələrində yaşadığı Sabunçu rayonu Nardaran qəsəbəsindəki evində dünyasını dəyişib.

Hacı Əlikram Əliyev sabah Nardaran qəbristanlığında dəfn olunacaq.

Əliyev Əlikram İsmayıl oğlu 1940-cı ildə Bakı şəhərində anadan olub.

Azərbaycan İslam Partiyasının ilk sədri olub.

Xəbər lenti

Xəbər lenti