...

Qazaxda ağır yol nəqliyyat hadisəsi baş verib

Hadisə Materials 25 Mart 2011 15:49 (UTC +04:00)
Qazax rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Bu barədə cümə günü Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qazaxda ağır yol nəqliyyat hadisəsi baş verib

Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir T. Hacıyev/

Qazax rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Bu barədə cümə günü Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Martın 24-də saat 20:40 radələrində Qazax rayonu ərazisində, Xanlıqlar kənd sakini Vüsal Balıyevin idarə etdiyi "VAZ-2107" markalı və Ağköynək kənd sakini Kamil Poladovun idarə etdiyi "Rexton" markalı avtomaşınlar toqquşub. Nəticədə Balıyevin sərnişini Pərvin Eyvazov hadisə yerində ölüb. Xəsarət almış Balıyev və digər sərnişinləri - Emin Eminov, Rüfət Əliyev və Nahid Musayev isə xəstəxanaya yerləşdiriliblər.

Xəbər lenti

Xəbər lenti