...

Bakıda 3000 toyuq yanıb

Hadisə Materials 26 Mart 2011 13:04 (UTC +04:00)
Bakıda quşçuluq fermasında yanğın zamanı 3000 toyuq yanıb
Bakıda 3000 toyuq yanıb

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda quşçuluq fermasında yanğın zamanı 3000 toyuq yanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 25-də saat 22.20 radələrində Suraxanı rayonu Hövsan bağlarında Bakı şəhər sakini Azad Nəbiyevə məxsus quşçuluq fermasında yanğın baş verib.

Yanğın nəticəsində fermanın dam örtüyü yanıb, 3000 toyuq isə tələf olub.

Yanğının səbəbi araşdırılır.

Xəbər lenti

Xəbər lenti