...

Azərbaycanın Gəncə şəhərində hamilə qadın amansızlıqla qətlə yetirilib

Hadisə Materials 28 Mart 2011 11:16 (UTC +04:00)
Azərbaycanın Gəncə şəhərində hamilə qadın amansızlıqla qətlə yetirilib.
Azərbaycanın Gəncə şəhərində hamilə qadın amansızlıqla qətlə yetirilib

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Gəncə şəhərində hamilə qadın amansızlıqla qətlə yetirilib.

Gəncə şəhər prokurorluğundan bazar ertəsi Trend-ə verilən məlumata görə, martın 27-də günün ikinci yarısında 22 yaşlı Türanə Mədətova yaşadığı mənzildə 21 yaşlı Ramal Abdullayev tərəfindən kəsici-deşici alətlə bədənin müxtəlif nahiyələrinə xəsarətlər yetirilərək öldürülüb.

Abdullayev həbs olunub və faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluqdan bildirilib ki, Abdullayev cinayəti törədəndən sonra mənzildən külli miqdarda qızıl-zinyət əşyaları oğurlayıb.

Onun Gəncə Dəmiryol İdarəsində maşinist işlədiyi bildirilir.

Gəncədəki hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, Abdullayevlə qətlə yetirilən qadının əri arasında qızıl alış-verişi ilə bağlı mübahisə olub.

Belə ki, mərhumun ərinin Abdullayevə külli miqdarda qızıl borcu olub. Abdullayev də bu məqsədlə onun mənzilinə girərək qadını qətlə yetirib və mənzildəki qızıl-zinyət əşyalarını oğurlayıb.

Xəbər lenti

Xəbər lenti